Şrift:
UEFA Millətlər Liqası: İspaniya DÇ-2018-in finalçısı Xorvatiyanı 6:0 məğlub edib - NƏTİCƏLƏR
12.09.2018 [10:07] - Gündəm, İdman
UEFA Millətlər Liqasında II tura üçüncü oyun günündə 4 liqada 7 görüşlə yekun vurulub.
Oyunlardan 3-ü böyük hesabla başa çatıb.
A Liqasında 2-ci qrupun görüşündə İslandiya Belçikaya 0:3 hesabı ilə uduzub. Hər 3 topu "Qarabağ"ın qapıçısı Hannes Halldorsson buraxıb. Bununla da təcrübəli qolkiper ilk 2 tur ərzində qapısında 9 top görüb. İslandiya daha əvvəl İsveçrə ilə görüşdə 0:6 hesabı ilə uduzmuşdu. Son dünya çempionatında bürünc medal qazanmış Belçika isə Millətlər Liqasına böyük hesablı qələbə ilə başlayıb.
Mundialın finalçısı Xorvatiya isə 4-cü qrupun oyununda İspaniyaya 0:6 hesabı ilə məğlub olub. Bununla da Zlatko Daliçin komandası Millətlər Liqasına uğursuz başlayb. Luis Enrikenin baş məşqçi olduğu yığma isə ardıcıl ikinci qələbəni əldə edib. Pireneylilər ilk turda İngiltərəni 2:1 hesabı ilə yenmişdi.
Xorvatiyalı baş məşqçi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina millisi B Liqasında 3-cü qrupun oyununda Avstriyaya evdə qalib gəlib. Bu, Prosineçkinin komandasının ikinci qələbəsi olub. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi kollektiv ilk turda səfərdə Şimali İrlandiyaya qalib gəlmişdi - 2:1. Avstriya isə hələ ilk matçını keçirib.
C Liqasında hər 2 oyun 2-ci qrupa təsadüf edib. Finlandiya Estoniyanı 1:0, Macarıstan Yunanıstanı 2:1 hesabı ilə yenib.
Nəhayət, D Liqasının 2-ci qrupunda Moldova doğma meydanda Belarusla qolsuz heç-heçə edib. San Marino isə Lüksemburqa böyük hesabla uduzub. Belarus ilk turda San Marionu 5:0, Lüksemburq isə Moldovanı 4:0 hesabı ilə darmadağın etmişdi. Beləliklə, Lüksemburq 6 xalla vahid liderdir.
UEFA Millətlər Liqası, II tur
A Liqası
2-ci qrup
İslandiya - Belçika - 0:3
Qollar: Eden Azar, 29 (p.). Romelu Lukaku, 31; 81
Xal durumu: İsveçrə - 3 (1 oyuna), Belçika - 3 (1), İslandiya - 0 (2)
4-cü qrup
İspaniya - Xorvatiya - 6:0
Qollar: Saul Nyiges, 24. Marko Asensio, 33. Lovre Kaliniç, 35 (öz qapısına). Rodriqo, 49. Serxio Ramos, 57. İsko, 70
Xal durumu: İspaniya - 6 xal (2 oyuna), İngiltərə - 0 (1), Xorvatiya - 0 (1)
B Liqası
3-cü qrup
Bosniya və Herseqovina - Avstriya - 1:0
Qol: Edin Ceko, 78
Xal durumu: Bosniya və Herseqovina - 6 xal (2 oyuna), Şimali İrlandiya - 0 (1), Avstriya - 0 (1)
C Liqası
2-ci qrup
Finlandiya - Estoniya - 1:0
Qol: Teemu Pukki, 12
Macarıstan - Yunanıstan - 2:1
Qollar: Roland Şallai, 15. Laslo Klaynhaysler, 43 - Kostas Manolas, 18
Xal durumu: Finlandiya - 6 xal (2 oyuna), Macarıstan - 3 (2), Yunanıstan - 3 (2), Estoniya - 0 (2)
D Liqası
2-ci qrup
Moldova - Belarus - 0:0
San Marino - Lüksemburq - 0:3
Qollar: Maksim Şano, 9. Orelyen Joakim, 45+1. Danel Sinani, 52
Xal durumu: Lüksemburq - 6 xal (2 oyuna), Belarus - 4 (2), Moldova - 1 (2), San Marino - 0 (2).
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed