Şrift:
“Şərq” qəzetində “Nuru Paşa Odası” yaradılıb
13.09.2018 [10:11] - Gündəm
“Şərq” qəzeti Bakının işğaldan azad olunmasının 100 illiyini özünəməxsus şəkildə qeyd edib.
Qəzetdə “Nuru Paşa Odası” yaradılıb.
Belə ki, redaksiya nəzdində ötən il yaradılan Milli Mətbuat Tarixi Muzeyinə daha bir otaq əlavə olunub. “Nuru Paşa Odası” adlanan bu şöbənin açılışında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qonaqlara muzeylə bağlı məlumat verərək bildirib ki, yeni otaq olan eksponatlar və tarixi materiallar Bakının xilaskarı – Nuru Paşanın və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tarixi ilə bağlıdır. Baş redaktor tədbir iştirakçılarına Qafqaz İslam Ordusunun yaradılmasını zəruri edən tarixi amillər, ordunun yaranması, Azərbaycana gəlişi, komandan Nuru Paşa, gərgin dövrdə Qafqaz İslam Ordusunun yaradılmasında əməyi keçən böyük şəxsiyyətlər barədə danışıb. Ziyarətçilərə Nuru Paşa və digər tarixi şəxsiyyətlər haqqında zəngin materiallar, həmçinin 1918-ci ilin sentyabrından sona çap olunan milli mətbuat nümunələri, qəzet və arxiv materialları, Türkiyədə çap edilən dərgilər barədə geniş məlumat verilib. Səfir Erkan Özoral və millət vəkilləri görülən işi yüksək qiymətləndiriblər və “Nuru Paşa Odası” adlanan şöbənin 15 sentyabr gününə dəyərli töhfə olduğunu vurğulayıblar.
Qeyd edək ki, ötən il “Şərq” qəzeti redaksiyasında Milli Mətbuat Tarixi Muzeyi fəaliyyət göstərməyə başlayıb. Muzeydə Azərbaycan milli mətbuatının təşəkkül dövrü, istiqlal mücadiləsini siyasi müstəvi ilə yanaşı, eyni zamanda mətbuat səhifələrində də aparan məfkurə, insanlarımızın mübarizəsini əks etdirən materiallar, eksponatlar sərgilənir.
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed