Şrift:
Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14.09.2018 [10:03] - Hərb
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanda səfərdə olan Bolqarıstanın Müdafiə Nazirliyinin İkitərəfli Əməkdaşlıq və Regional Təşəbbüslər İdarəsinin rəisi Daniela Qriqorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub, ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək birgə tədbirlər nəzərdən keçirilib.
Bu xəbər oxucular tərəfindən 128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed