Şrift:
“TURAZ Şahini - 2018” təlimləri davam edir
14.09.2018 [10:07] - Gündəm, Hərb
“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərinin planına əsasən, döyüş təyyarələri verilmiş hündürlükdə marşrut üzrə birgə uçuşlar yerinə yetirib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərin növbəti günündə şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmək üzrə tapşırıqlar yerinə yetirilib, onun qırıcı aviasiyasından yayınma manevrləri icra edilib.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed