Şrift:
"Neftçi" ingiltərəli məşqçi ilə birillik müqavilə bağlayıb
14.09.2018 [10:10] - İdman
"Neftçi” klubunda yeni təyinat olub.
55 yaşlı ingiltərəli mütəxəssis Mik Benet "Neftçi” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. Onunla birillik müqavilə bağlanıb.
Qeyd edək ki, Mik Benet 1979-1994-cü illər ərzində İngiltərənin "Bolton Uonderers”, "Vulverhempton Uonderers”, "Kembric Yunayted”, "Preston Nort End”, "Karlayl Yunayted” və Finlandiyanın "Koparit” klublarında oynayıb.
Məşqçi kimi İngiltərənin "Bolton Uonderers” U-12 – U18 (1999-2010), "Yovil Taun”un akademiyası (2010-2011), "Uiqan Atletik” U-16 (2011-2012), "Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbay şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və "Mançester Yunayted” Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
Bu xəbər oxucular tərəfindən 14 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed