Şrift:
Görkəmli maarifçi Cəlal Ünsizadənin şəkli də nəhayət ki İstanbuldan tapıldı......
14.09.2018 [10:57] - Gündəm, DAVAMın yazıları
Gənc tədqiqatçı,iqtisadçı,tərcüman dostum Zaur yenə səfərdədir. Zaurun hər səfəri Azərbaycana bir yenilik gətirir.İndi Alma-Atadadır.
Zaur səfər ərəfəsində mənə zəng etmişdi.Rabitə qaydalarını pozub, düz bir saat danışdıq.Əlbəttə,söhbətimizin əsas mövzusu yenə də Ünsizadələr idi.O Ünsizadələr ki,Azərbaycan və ümumiyyətlə türk ictimai fikir tarixində hələ də həqiqi qiymətini almayıb.

Ünsizadələr Şamaxı ədəbi mühitində yetişən ziyalılarımızdandırlar.Üç qardaşdırlar.Böyük qardaş Səiddir-Hacı Səid Əfəndi Əbdürrəhman oğlu Ünsizadə(1825,Şamaxı-1905,İstanbul).
O, "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzettlərinin (1879,yanvar-1884,iyun) təsisçisi,imtiyaz sahibi və redaktoru olub.Bir neçə anadillii dərsliyin müəllifidir. "Kəlilə və Dimnə"nin ( "Hümayünnamə"nin ) tərcüməçisidir.Quranın türrk dilində təfsirini yazıb.Ədəbi dilimizn formalaşmasında misilsiz xidmətlər göstərib.
Mətbuat tariximizdəki roluna görə onun adı H.Zərdabinin adı ilə yanaşı çəkilməlidir.Təəssüf ki,AMEA-da Səid Ünsizadəni hələ yaxşı tanımırlar.Mətbuat tarixçilərimizin çoxu S.Ünsizadənin redaktoru olduğu "Ziya" qəzetinin ilk 46 nömrəsini hələ oxumayıb.

Zaur özünü Səid Ünsizadənin qohumlarından biri kimi tanıdıb.O, mənim tövsyəmlə Ünsizadələri Amerikada yox, İstanbulda axtarıb.Bu axtarış səmərəli nəticə verib.Zaur Səid Ünsizadənin şəklini tapıb, akademiyaya işgüzarlıq nümunəsi göstərib.Bu foto indi muzeyləri bəzəyir.

Gün o gün olsun ki,dərsliklərə də düşsün.

Zaur poliqlotdur.Bir neçə dili şeir yazmaq səviyyəsndə bilir. Ana dili ilə yanaşı, ingilis və rus diliərində də düşünə və yaza bilir.
Son telefon danışığımızda Zaur sevinclə xəbər verdi ki,Səid Ünsizadənin qardaşı , "KƏŞKÜL" adlı ilk jurnalımızın və ilk qəzetlərimizdən birinin redaktoru Cəlal Ünsizadənin də şəklini tapıb.Bu şəkil bu günlərdə qəzetlərimizin birində çap olunacaqdır.İNŞALLAH...
Ünsizadələrin üçüncü qardaçı Kamaldır.Zaur onun da axtarışına çıxıb.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq

13.09.2018.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed