Şrift:
Türkiyə Qazaxıstandan qızıl idxal edəcək
15.09.2018 [09:53] - Xəbərlər, İqtisadiyyat
Türkiyənin “Lidya Madencilik” şirkəti Qazaxıstanın Qaraqanda vilayətində yerləşən Cənubi Moyintinskaya qızıl yatağını əldə etməyi planlaşdırır. Bu yataqda proqnozlaşdırılan qızıl ehtiyatları 8,4 tondur.

Adıçəkilən ərazidə geoloji kəşfiyyat işləri 2015-2016-cı illərdə aparılıb.

Yerli “Tau-Ken Samruk” şirkəti strateji investorları cəlb etməklə Alayqır polimetal filiz yatağının hasilatı və emalı, qızıl kəşfiyyatının aparılması ilə bağlı Türkiyənin “Lidya Madencilik” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Aparılan danışıqların nəticəsi olaraq bu ay “Samruk Таu-Кеn” ilə “Lidya Madencilik” şirkətlərinin rəhbərləri əməkdaşlığın şərtlərini razılaşdırıblar.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed