Şrift:
Manaf güneylilərin "Səni deyirlər" mahnısını oxudu – VİDEO
15.09.2018 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış müğənni Manaf Ağayev son zamanlar Güney və Quzey Azərbaycanda məşhurlaşan “Səni Deyirlər” mahnısı ifa edib.

Aparıcı Sərxan Kərəmoğlunun ad günü tədbirində qonaq qismində iştirak edən sənətçi ilk dəfə adı çəkilən mahnını səsləndirib.

Gecədə olan şou-biznes nümayəndələri, o cümlədən əməkdar artist Nüşabə Ələsgərli mahnının sədaları altında rəqs ediblər.

Qeyd edək ki, ötən günlərdə Güney Azərbaycanda gənclər tərəfindən sosial şəbəkələrdə “Səni deyirlər” adlı əyləncə kampaniyası başladılıb. Kampaniyaya çox sayda şimali azərbaycanlı, hətta ən tanınmış insanlar da qoşulub.

Güneyli gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, həm İran molla rejiminin insanların əyləncə azadlığının məhdudlaşdırmasına üsyan edir, eyni zamanda qurumaqda olan Urmu gölünə dəstək nümayiş etdirirlər.

Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed