Şrift:
Putin və Ərdoğan ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər
17.09.2018 [10:12] - Gündəm, Siyasət
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfər edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, sabah Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı arasında görüş keçiriləcək. Dövlət rəhbərləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Görüşdə həmçinin Suriya münaqişəsinin nizamlanması da müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed