Şrift:
Honkonqda qasırğa nəticəsində 362 nəfər zərər çəkib
17.09.2018 [10:15] - Hadisə
Honkonqda "Manqhut" qasırğasından zərər çəkənlərin sayı 362 nəfərə qədər artıb.
Bu barədə RTHK teleradio şirkəti məlumat yayıb.
"Bazar günü axşam ən azı 362 nəfər müalicə üçün şəhər xəstəxanalarına müraciət edib", - deyə məlumatda bildirilir.
Bundan əvvəl təbii fəlakətdən zərər çəkənlərin 200-dən çox olduğunu qeyd edilirdi.
"Manqhut" qasırğası Honkonqa 16 sentyabr tarixində yerli vaxtla 17:00-da üz verib və bu il qeydə alınan sayca 22-ci qasırğa olub.
Bu xəbər oxucular tərəfindən 189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed