Şrift:
Azərbaycanın xarici işlər naziri Çində işgüzar səfərdədir
18.09.2018 [09:37] - Köşə yazarları, Siyasət
Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun sentyabrın 18-20-də Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çində işgüzar səfərdədir.

XİN-nin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov "Avrasiyada inklüziv rəqəmsal inkişaf" adlı paneldə çıxış edərək inklüziv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətlər və təcrübə barədə danışacaq.

Səfər əsnasında, həmçinin Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed