Şrift:
Rusiyanın göyərtəsində 14 hərbçi olan təyyarəsi Aralıq dənizində itib
18.09.2018 [09:55] - Hadisə
Rusiyanın göyərtəsində 14 hərbçi olan "İl-20" təyyarəsi sentyabrın 17-si axşam saatlarında Aralıq dənizi hövzəsi üzərində itib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin xəbərinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Sentyabrın 17-si saat təqribən 23.00-da (Bakı vaxtı ilə 00:00-da) Aralıq dənizi hövzəsi üzəri ilə Xmeymim aviabazasına geri dönən zaman Suriya sahillərindən 35 km aralıda Rusiyanın "İl-20" təyyarəsinin heyət üzvləri ilə əlaqə kəsilib", - deyə məlumatda bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə İsrailə məxsus dörd "F-16" təyyarəsinin Latakiya əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib.

Həmçinin bildirilir ki, Rusiya hava məkanına nəzarət vasitələri həmin ərazidə olan Fransanın "Auvergne" freqatından raket atıldığını da qeydə alıb.

Qeyd olunur ki, Rusiyanın Xmeymim bazasının komandanlığı "İl-20" təyyarəsinin itməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı təşkil edib.
Bu xəbər oxucular tərəfindən 201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed