Şrift:
Türkiyədə 98 yaşlı qəzet bağlandı
18.09.2018 [10:13] - Köşə yazarları, Türk dünyası-Turan
Kağız qiymətlərinin bahalaşması ilə əlaqədar Türkiyədə 1920-ci ildən bəri nəşr olunan “Resmi Gazete” bağlanıb. Qəzetin yoluna onlayn versiya ilə davam etməsinə qərar verilib.



Qəzetin redaksiya heyəti başqa mətbuat orqanlarına göndərilib.



7 oktyabr 1920-ci ildə qurulan və ilk sayı 7 fevral 1921-ci ildə nəşr olunan qəzet bu qərarla “kağıza vida edib”.



Qəzetdə Türkiyə Böyük Millət Məclisi, prezident və baş nazir tərəfindən çıxarılan qərarnamələr, idarəçiliklə bağlı sənədlər, qanun və qərarlar yayımlanırdı. Səkkiz min tirajla nəşr olunan qəzet son dönəmdə iki min tiraja endirilmişdi.
Bu xəbər oxucular tərəfindən 233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed