Şrift:
Azərbaycanda ilk dəfə qablaşdırma sənayesi sərgisi keçiriləcək
19.09.2018 [10:26] - Köşə yazarları, İqtisadiyyat
Gələn ay Azərbaycanda ilk dəfə qablaşdırma sənayesi sərgisinin keçirilməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Kamran Hacızadə məlumat verib.
Onun sözlərinə görə, ilkin mərhələdə sərgidə qablaşdırma sahəsində fəaliyyət göstərən 50-yə yaxın müəssisə iştirak edəcək. Bu rəqəmin artacağı istisna deyil.
K.Hacızadə həmçinin bildirib ki, Azərbaycanda qablaşdırma sənayesinin inkişafı üçün gömrük rüsumlarının aşağı olması məqsədəuyğundur: "Bununla bağlı Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə görüşmüşük. Bu sahədə fəaliyyət göstərən sahibkarlar xammalı xaricdən gətirirlər. Həmin xammala 39% gömrük rüsumu tətbiq edilib. Halbuki bu göstərici Gürcüstan və Ukraynada 18%-dir. Qablaşdırma sənayemizin daha rəqabətədavamlı olması üçün gömrük rüsümlarının bir qədər azaldılmasını istərdik".
Bu xəbər oxucular tərəfindən 220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed