Şrift:
Azərbaycanlı musiqiçi Fransada konsert verəcək
19.09.2018 [10:30] - Mədəniyyət
Azərbaycanlı musiqiçi Səidə Zülfüqarova Fransada Beynəlxalq Sülh günü münasibətilə "Sülh naminə və zorakılığa qarşı" mövzusunda konsert verəcək.
Konsert Karyer-su-Puasi şəhəri meriyasının dəstəyi ilə 21 sentyabrda saat 19-da Alzas İdman Kompeksində keçiriləcək.
Konsertdə Paris Filarmoniyasının orkestr ansamblı, Paris Operasının müğənnisi İrina Kopylova da çıxış edəcəklər. Sülh proqramından ibarət olan tədbirdə azərbaycanlı musiqiçi tarda ifa edəcək.
Konsert YUNESKO-nun sülh üzrə rəssamları, heykəltəraşları və digər sənətkarlarının iştirakı ilə keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed