Şrift:
Savalan dağı zirvəsində azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən banner nümayiş etdirilib
20.09.2018 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güneyli milli-mədəni fəallardan biri azərbaycanlı siyasi məhbuslara azadlıq tələb etmək məqsədi ilə Savalan dağı zirvəsinə çıxıb.

O dağın zirvəsində böyük banner nümayiş etdirərək azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını istəyib.

Bannerdə İbrahim Nuri, Əmir Səttari, Camal Musəvinəjad, Lətif Həsəni və Siyamək Mirzayinin şəkilləri əks olunub və “Özgürlük ocağını isti saxlayan alovlar” sözü yazılıb.

Qondarma ittihamlarla 6 ay həbs cəzasına məhkum edilən İbrahim Nuri Tehranın Evin zindanı, 7 ay həbsə məhkum edilən Əmir Səttari Təbrizin mərkəzi zindanı, 1 il azadlıqdan məhrum edilən Camal Musəvinəjad Sarab zindanı, 9 il həbsə məhkum edilən Lətif Həsəni Kərəcin Rəcayişəhr zindanı və 3 il azadlıqdan məhrum edilən Siyamək Mirzayi Tehranın Evin zindanında həbsdədir.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed