Şrift:
Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Əsəd Əhmədov
15.07.2012 [12:23] - Hərb
Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

Davam.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!


15 iyul Milli Qəhrəman Əsəd Əhmədovun doğum günüdür. Əsəd Cəlal oğlu Əhmədov 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. O, 1992-ci ilin martında Milli Orduda hərbi xidmətə başlayıb, Şuşa rayonu Zarıslı, Salatınkənd, Turşsu, Ağdam rayonu Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, Laçın ətrafında 28 nəfər soydaşımızın əsirlikdən azad olunmasında xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il iyulun 31-də Papravənd uğrunda gedən döyüşlərdə həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib, şəhərin küçələrindən biri onun adını daşıyır.
Bu xəbər oxucular tərəfindən 3598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed