Şrift:
Gürcüstanda milli azlıqların ali təhsili ilə bağlı yeni proqram hazırlanacaq
21.09.2018 [10:08] - Borçalı
“Gürcüstanda milli azlıqlardan olan gənclərin ali təhsili ilə bağlı yeni proqram hazırlanacaq”.
Bu barədə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze jurnalistlərə bildirib.
O deyib ki, etnik azlıqların ali təhsili və gürcü dilinin tədrisi ilə bağlı həyata keçirilən proqram və layihələrdə müəyyən çatışmazlıqlar mövcuddur:
“Nazirliyin hazırlayacağı yeni proqrama əsasən, ali təhsilini başa vuran milli azlıq nümayəndələrinin təmsil etdikləri bölgələrdə yerləşən məktəblərə müəllim və ya direktor kimi təyin olunması nəzərdə tutulub”.
İ.Abuladze qeyd edib ki, Gürcüstanda təhsil sistemində həyata keçiriləcək islahatlarda milli azlıqların təhsilinin keyfiyyətinin artırılması əsas prioritet məsələlərdən biri olacaq.
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed