Şrift:
UEFA Çempionlar Liqasının birinci turunun statistik göstəriciləri
21.09.2018 [10:09] - İdman
Sentyabrın 19-da və 20-də UEFA Çempionlar Liqasının birinci turunun oyunları keçirilib.

Yeni sezonun ilk turunda bir neçə rekord qeydə alınıb. Birinci turda 16 oyunda 45 qol vurulub. Onlardan 17-si birinci, 28-si isə ikinci hissədə vurulub. Bu göstərici 12 il əvvəl 2006/2007-ci il mövsümündə qeydə alınmışdı. Birinci turda 6 oyunda meydan sahibləri, altısında isə qonaq komanda qalib gəlib. Dörd oyunda isə heç-heçə qeydə alınıb.

Oyunun baş hakimləri futbolçulara 67 sarı və 3 qırmızı vərəqə göstəriblər. Qapılara 8 dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib. Penaltilərin altısında futbolçular dəqiq olub. Alex Telles (“Şalke” – “Portu”) və Daniel Parejo (“Valensiya” – “Yuventus”) zərbələri dəqiq yerinə yetirə bilməyiblər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ikinci turu oktyabrın 2-də və 3-də oynanılacaq.
Bu xəbər oxucular tərəfindən 159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed