Şrift:
Təbriz Bələdiyyəsindən yerli əhaliyə saymamazlıq: Şəhərdə fars dili kitabının lövhəsi quraşdırılıb
21.09.2018 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Bələdiyyə İdarəsi ictimai tələbin əksinə olaraq şəhərin məşhur “Fəhmidə” meydanında fars dili kitabının lövhəsini quraşdırıb.

Bələdiyyə başqanının rejimin göstərişi ilə etdiyi bu hərəkət şübhəsiz ki, yerli əhaliyə qarşı saymamazlıq və hörmətsizlik sayılır.

Lövhədə kitabın yanında bir qələm və qələm qəddiyən də görünür. Məqsəd fars dili və bu dildə təhsil almağı təbliq etməkdir.

Bu hərəkət bələdiyyə başqanı İrəc Şəhin Baherin öz siyasi mövqeyinə də çox uyğundur. O dəfələrlə belə hərəkətləri ilə Azərbaycana xəyanət etdiyini sübut edib.

İ.Şəhin Baher ötən aylarda Azərbaycan türk millətinə xəyanəti ilə tanınan İsfəndiyar Qarabağini incəsənət və mədəni işlər üzrə özünə müşavir seçib. İ.Qarabaği tanınmış panfarsistlərdən biridir, o hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib.
2014-cu ildə Salmas şəhərinin bələdiyyə başqanı türk kimliyini müdafiə etmək məqsədi ilə bu şəhərin meydanlarından birində ucaldılan Firdovsinin heykəlini meydandan götürmüşdür. Həmin hadisəyə görə, paniranist qüvvələr İran prezidentinə xitabən bəyanat yaydılar, İ.Qarabaği sözügedən bəyanatı imzalayan şəxslərdən biri olub. Bəyanatı imzalayanlar ölkənin mədəni birliyinin təhlükəyə düşdüyündən nigaran olduqlarını diqqətə çatdıraraq Qərbi Azərbaycan və Salmasın kimliyinin türklərin xeyirinə olaraq dəyişdirildiyini iddia edib, bu hərəkəri sərt şəkildə qınamışdılar.

İ.Şəhin Baher və İ.Qarabaği türk dilini kölgədə qoymaq məqsədi ilə “3 nəsil müasir ədəbiyyatla” adlı tədbir keçirərək Azərbaycan əhalisinin vəsaiti hesabına fars dili və ədəbiyyatını təbliğ etdilər. Tədbirə çox sayda fars şair və yazıçı, hətta Əfqanıstandan belə şairlər dəvət olunmuşdur.

Fars dili Azərbaycan türk millətinin seçimi deyil, bunu türklərin uzun illərdir apardığı mədəni mübarizə sübut edir. Bu dil şovinist rejim tərəfindən millətə sırınıb, azərbaycanlılar arasında bəzi manqurtlar isə bu prosesə yardım edir.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed