Şrift:
OPEC Trampın hasilatın artırılması çağırışına rədd cavabı verib
24.09.2018 [10:30] - Gündəm, İqtisadiyyat
OPEC təşkilatında lider olan Səudiyyə Ərəbistanı və qrupdan kənarda ən böyük neft istehsalçısı olan Rusiya xam neft hasilatının dərhal artırılmasını istisna edərək, bununla ABŞ prezidenti Donald Trampın bazarı sakitləşdirmək üçün tədbir görmək haqda çağırışlarına rədd cavabı veriblər.

“Mən qiymətlərə təsir göstərmirəm”-deyə, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih müxbirlərə bildirib. OPEC və qeyri-OPEK ölkələrinin Əlcəzairdə energetika nazirləri səviyəsində keçirilən görüşü hasilatın artırılmasına dair heç bir rəsmi tövsiyə verilmədən başa çatıb.

Bu ay Brent neftin bir barel üçün qiymətinin 80 dollara çatması prezident Trampı Neft İxrac edən Ölkələrin OPEC təşkilatına qiymətləri salmaq haqda tələblə çıxış etməyə vadar edib.

Qiymət artımının səbəbi OPEC üzvü olan İrandan ABŞ-ın yeni sanksiyalarına görə neft ixracatının azalması ilə bağlıdır.

“Biz Yaxın Şərq ölkələrini qoruyuruq, onlar bizsiz uzun müddət təhlükəsiz ola bilməz, amma onlar yenə də neft qiymətlərinin artırılmasına davam edir! Biz bunu yadda saxlayacağıq. OPEC monopoliyası qiymətləri aşağı salmalıdır!”, Tramp Twitter səhifəsində yazıb.

Falih Səudiyyə Ərəbistanının hasilatın artırılması üçün həcmə malik olduğunu, lakin bu addımın atılmasına hazırkı məqamda ehtiyacın olmadığını deyib. O bildirib ki, OPEC-in təxminlərinə görə, buna gələn il də ehtiyac olmaya bilər, çünki qeyri-OPEC ölkələri tərəfindən hasilat qlobal tələbat artımından yüksək ola bilər.

“Bazarlar kifayət qədər təmin olunub. Mən dünyada elə bir neft emalı zavodu tanımıram ki, neft axtarsın və onu tapa bilməsin”-deyə Falih bildirib. O əlavə edib ki, Səudiyyə Ərəbistanı lazım olduğu halda hasilatı gündə 1.5 milyon barrelə çatdıra bilər.

Tramp OPEC-in tənqidi ilə ilk dəfədir çıxış etmir.

ABŞ-da yanacaq qiymətlərinin yüksək olması noyabr ayında Konqresə ara seçkiləridən öncə respublikaçı Tramp üçün siyasi problem yarada bilər.
Bu xəbər oxucular tərəfindən 137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed