Şrift:
“Trasxtur”-“Pədidə” görüşü bərabər hesabla başa çatıb
24.09.2018 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda bu gün 18-ci super liqa yarışlarının 7-ci həftəsinin bir neçə görüşü keçirilib.

Təbrizin “Traxtur” futbol komandası səfərdə Məşhədin “Pədidə” klubunun qonağı olub.

Sentyabrın 23-ü Təbriz vaxtı ilə saat 19:00-da İmam Rza stadionunda keçirilən görüşdə heç bir komanda tərəfindən qol vurulmayıb, oyun 0:0 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra “Traxtur” 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed