Şrift:
Ana dilinin tədrisinə şərait yaradılmalıdır – Tehranın millət vəkili
24.09.2018 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın İran parlamentindəki millət vəkili Təyyebə Siyavuşi Şahenayəti “Məclis”in xəbər agentliyi ilə danışığında İrandakı qeyri-fars millətlərinə məxsus dillərin tədris olunmasını istəyib.

Millət vəkili yerli dillərin tədrisi ilə bağlı İran Konstitusiyasının 15-ci maddəsinin icrasını tələb edib.

“Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı ana dilinin məktəblərdə tədrisinə təkid edir. Ona görə də yerli geyimlə məşğul olmaqdansa, məktəblərdə yerli və ana dilinin tədrisi məsələsini həll etmək lazımdır”- deyə o bildirib.

T.Siyavuşi Şahenayəti təkidlə vurğulayıb ki, məktəblərdə ana dilinin tədrisi məsələsi birinci prioritet olmalıdır.

Bundan əvvəl Tehranın millət vəkili İlyas Həzrəti də Güney Azərbaycanda ictimai tələblərin təmin edilməsi ilə bağlı hökumətə xəbərdarlıq etmişdir.
“Azərbaycanlıların maksimum tələbləri ölkə Konstitusiyasına uyğun olaraq məktəblərdə ana dilinin tədrisi ilə bağlıdır. Onlar konstitusiyada olmayan bir tələb irəli sürmür, sadəcə 15 və 19-cu maddənin icrasını tələb edirlər. Bu tələb təmin olunmasa, Azərbaycanın gələcəyi qeyri-müəyyən olacaq”- deyə o uyarmışdır.

Fars dili Azərbaycan türk millətinin seçimi deyil, bunu türklərin uzun illərdir apardığı mədəni mübarizə sübut edir. Güney Azərbaycanda gedən ictimai-siyasi proseslər bu dilin millətə təhmil olunmasının nəticəsidir.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed