Şrift:
Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcəklər
24.09.2018 [10:44] - Xəbərlər, Siyasət
Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında sentyabrın 26-da Nyu-Yorkda görüş keçiriləcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed