Şrift:
Azərbaycan Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti Şurasına üzv seçilib
25.09.2018 [10:28] - Siyasət
On bir ölkənin nümayəndəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İdarə Heyəti Şurasına üzv seçilib.
Bu barədə bazar ertəsi IAEA-nın İdarə Heyətinin bir günlük iclasının yekununda məlumat verilib.
"IAEA-nın 35 üzvdən ibarət İdarə Heyəti Şurasına 2018-2020-ci illər üçün 11 yeni ölkə seçilib. Şuranın yeni üzvləri Azərbaycan, Braziliya, Ekvador, Misir, İtaliya, Mərakeş, Niger, Pakistan, İsveç, Tailand və Uruqvaydır", - deyə agentliyin məlumatında bildirilir.
2018-2019-cu illər üçün İdarə Heyəti Şurasına Argentina, Azərbaycan, Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Çin, Ekvador, Misir, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, İordaniya, Keniya, Koreya Respublikası, Mərakeş, Niderland, Niger, Pakistan, Portuqaliya, Rusiya Federasiyası, Serbiya, Cənubi Afrika, Sudan, İsveç, Tailand, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Uruqvay, Ermənistan və Venesuela daxil olacaq.
İclasda IAEA-nın İdarə Heyəti Şurası İordaniyanın Vyanadakı beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Lina əl-Hədid 2018-2019-cu illər üzrə İdarə Heyəti Şurasına sədr seçib.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed