Şrift:
Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb
16.07.2012 [11:14] - Mədəniyyət, Bildiriş
Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu gündən I ixtisas qrupunun abituriyentləri TQDK-nın rəsmi internet saytından “İmtahana buraxılış vərəqi”ni çap edə bilərlər.
Qeyd edək ki, ali məktəblərin I ixtisas qrupu üzrə imtahanlar iyulun 20-də Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə keçiriləcək. İmtahanda 33533 nəfərin iştirak edəcəyi gözlənilir. I ixtisas qrupuna sənəd verən 34678 abituriyentdən 1145 nəfəri imtahana buraxılmayacaq. Onlardan 600 nəfər rus bölməsi üzrə Azərbaycan dili imtahanından kəsilib. Həmin şəxslərdən 32 nəfər həm buraxılış, həm də rus bölməsi üzrə Azərbaycan dili imtahanından qeyri-məqbul alıb. 545 nəfər isə buraxılış imtahanlarından kəsildiyinə görə I ixtisas qrupunun imtahanında iştirak edə bilməyəcək.
Bu xəbər oxucular tərəfindən 1484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed