Şrift:
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb
25.09.2018 [10:31] - Xəbərlər, Siyasət
Milli Məclisin oktyabrın 1-də və 5-də keçiriləcək payız sessiyasının ilk plenar iclaslarının gündəliyi açıqlanıb.
Iki iclasın gündəliyinə 62 məsələ daxildir.
Bunlar “Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında”, və s. qanunlara dəyişiklik layihələridir.
Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.
Bu xəbər oxucular tərəfindən 145 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed