Şrift:
Bu gün BMT-nin mənzil-qərargahında Baş Assambleyanın 73-cü sessiyası çərçivəsində ümumi siyasi müzakirələr başlayır
25.09.2018 [10:32] - Siyasət
Bu gün BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında Baş Assambleyanın 73-cü sessiyası çərçivəsində ümumi siyasi müzakirələr başlayır.
Sessiya iştirakçıları qarşısında 120-dən çox dövlət və hökumət başçısı, eləcə də xarici işlər nazirləri və digər səviyyəli nümayəndə heyəti başçıları çıxış edəcəklər.
Ümumi müzakirələrdən əvvəl BMT Baş katibi təşkilatın işi üzrə illik hesabatını təqdim edəcək.
Çoxdankı ənənəyə əsasən, sentyabrın 25-də Baş Assambleyanın tribunasından ilk olaraq Braziliya Prezidenti Mişel Temer və ABŞ dövlət başçısı Donald Tramp çıxış edəcəklər.
D.Trampdan sonra Ekvador Prezidenti Lenin Moreno Qarces, onun ardından isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.
Bu gün tribuna alacaq şəxslər siyahısında həmçinin Ruanda, Meksika, Fransa, Seyşel adaları Respublikası, Peru, İran, Finlandiya, Xorvatiya, Toqo və Cənubi Afrika prezidentləri, həmçinin İordaniya kralı və Qətər əmiri də yer alıb. Günün ikinci yarısında Misir və Qırğızıstan prezidentləri, həmçinin Ermənistanın baş naziri çıxış edəcək.
Xatırladaq ki, BMT Baş Assambleyasının açılış sessiyasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Ümumi siyasi müzakirələr oktyabrın 1-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed