Şrift:
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda bir sıra görüşlər keçirib
27.09.2018 [10:17] - Köşə yazarları, Siyasət
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin 73-cü sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Elmar Məmmədyarov Sierra Leonenin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Alie Kabba, Eritreyanın xarici işlər naziri Osman Saleh Məhəmməd, Küveyt Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah, Sent Vinsent və Qrenadinin Baş nazirinin müavini, xarici işlər və ticarət naziri Luis Hilton Straker, Antiqua və Barbudanın xarici işlər, beynəlxalq ticarət və immiqrasiya naziri Everli Paul Çet Qrin, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmit ilə görüşüb.

Görüşlərdə ölkələrimiz arasında əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed