Şrift:
Putin Ermənistana səfərini təxirə saldı
27.09.2018 [10:31] - Siyasət
Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri barədə rəsmi Moskvadan açıqlama gəlib.

Putinin köməkçisi Yuri Uşakov Rusiya prezidentinin Ermənistana bu il gəlməsinin gözlənilmədiyini bildirib.

Onun sözlərinə görə bu səfər üçün 2019-cu ilə köklənmək yaxşı olardı.
“Həqiqətən də bizim prezidentimizin Ermənistana səfəri müzakirə olunub amma konkret tarixi haqda hələ ki, müzakirələr aparılmır” – Uşakov bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatında Rusiya prezidenti Vladimir Putinin sentyabrda Ermənistana səfər edəcəyi barədə xəbər yayılıb.
Bu xəbər oxucular tərəfindən 245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed