Şrift:
Gənclər Fondu Almaniyada təqdim olunub
16.07.2012 [13:58] - Gənclik
Almaniyada Gənc Təbiblərin II Almaniya Forumu keçirilib.

Gənclər Fondundan Davam.Az-a verilən məlumata görə, 14-15 iyul tarixlərində Almaniyanın Mannheim və Heidelberg şəhərlərində təşkil olunmuş “Biliyə əsaslanan səhiyyə naminə” Gənc Təbiblərin II Almaniya Forumunda iştirak etmək məqsədilə Almaniyada səfərdə olan Azərbaycan nümayəndə həyəti iyulun 13-də Heidelberg Uniklinikasının nümayəndələri ilə görüşüblər.

Milli Məclisin deputatları Ceyhun Osmanlı, İlham Məmmədov, Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov və doktor Qurban Mövsümovun iştirak etdiyi görüşdə Azərbaycan-Almaniya münasibətləri, ölkəmizdə gənclər sahəsində həyata keçirilən fəaliyyətlər və tələbələrin xarici ölkələrdə təhsilinin dəstəklənməsi barədə məlumat verilib. Eyni zamanda azərbaycanlı tələbələrin Heidelberg Uniklinikasında təhsil almasının və təcrübə keçməsinin mümkünlüyü müzakirə olunub.

Görüş zamanı qeyd olunub ki, son bir neçə il ərzində tələbə mübadiləsi xətti ilə 500 nəfərdən çox azərbaycanlı gənc Almaniyada təhsil alıb.

Bundan başqa, söhbət zamanı Azərbaycan Gənclər Fondunun fəaliyyəti barədə məlumat verilib.
Həmsöhbətlərin diqqətinə çatdırılıb ki, Gənclər Fondunun imkanlarından nəinki azərbaycanlı gənclərin, hətta digər ölkələrin, o cümlədən alman gənclərin istifadə etməsi də mümkündür. Belə ki, almaniyalı gənclər Azərbaycanla bağlı hər hansı bir təşəbbüs göstərəcəkləri təqdirdə bunun Gənclər Fondu tərəfindən dəstəklənməsi mümkündür.

Qeyd edək ki, iyulun 14-də start götürən Gənc Təbiblərin II Almaniya Forumunda 150 nəfərdən çox xaricdə tibb sahəsi üzrə təhsil alan azərbaycanlı gənc iştirak edib. Tədbirin açılışında Mannheim Universitetinin professoru və alman cərrahlar cəmiyyətinin sədri Stefan Post çıxış edərək forumun əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Vaqif Seyidbəyov Azərbaycan Gənclər Fondunun təqdimatını keçirib, qurumun saytı və gənclərin təşəbbüslərinin dəstəklənməsi üçün qaydalar barədə məlumat verib.

Tədbir iki gün ərzində ayrı-ayrı panellər üzrə davam edib.
Bu xəbər oxucular tərəfindən 1483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed