Şrift:
Azərbaycanlı fəallar “Ana dilində mədrəsə” yazılmış etiketlər paylayıblar – Ərdəbildə
27.09.2018 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində təhsil müəssisələrinin açılış günü ərəfəsində başlayan mədəni tədbirlər davam etməkdədir.

Məlumata görə, ərdəbilli fəallar ana dilində təhsil tələbi ilə çox sayda etiket çap etdirib və soydaşlarımız arasında paylayıblar.

“Ana dilində mədrəsə” yazılmış etiketlər şəhərin müxtəlif məntəqələrində divarlara da yapışdırılıb.

Ərdəbilli milli-mədəni fəallar ötən günlərdə məktəblilərə çox sayda türk dilində kitablar da hədiyyə ediblər. Onlar bu şəkildə İranda türk dilində təhsilə qoyulan qadağaya diqqət çəkib və ana dilində təhsil tələbi irəli sürüblər. Bu tədbirlərin Ərdəbildə gələcək günlərdə də davam edəcəyi gözlənilir.

Fars dilində təhsil almaq Azərbaycan türk millətinin seçimi deyil, soydaşlarımız hər bir fürsətdə İranın təkdilli təhsil sisteminə etiraz bildirir.

Fəallar tərəfindən hazırlanıb və paylanılan etiketlərin görüntüləri:
Azərbaycanlı fəallar “Ana dilində mədrəsə” yazılmış etiketlər paylayıblar – Ərdəbildə
Azərbaycanlı fəallar “Ana dilində mədrəsə” yazılmış etiketlər paylayıblar – Ərdəbildə
Azərbaycanlı fəallar “Ana dilində mədrəsə” yazılmış etiketlər paylayıblar – Ərdəbildə
Bu xəbər oxucular tərəfindən 191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed