Şrift:
Azərbaycanlı milli-mədəni fəallar Bicar yüksəkliklərində iməcilik keçirib
29.09.2018 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son illərdə Güney Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərın yaşanması, soydaşlarımızın ətraf mühitə qayğısını artırıb.



Məlumata görə, bir qrup bicarlı milli-mədəni fəal Nisar dağı yüksəkliklərində iməcilik keçirərək ərazini zibil və məişət tullantılarından təmizləyiblər.



İməciliyə ailələri ilə birlikdə qatılan fəallar əraziyə atılan tullantıları kisələrə dolduraraq ətrafdakı zibilliyə atıblar.



Fəallar tərəfindən keçirilən iməcilik yerli əhali tərəfindən alqışlanıb.



Son illər müxtəlif bölgələr, xüsusi ilə də Urmu gölü ətrafında vaxtaşırı keçirilən iməciliklər, Güney Azərbaycanda yaxşı ənənəyə çevrilib.



Nisar dağı Bicar şəhərinin şimal-qərb tərəfində yerləşir və bölgənin sayılan turizm məntəqələrindən biridir. İnzibati-ərazi bölgüsünə görə Kürdistan Əyalətində yerləşən Bizar Azərbaycan şəhəridir, əhalinin böyük əksəriyyəti Azərbaycan türkcəsində danışır.

Bu xəbər oxucular tərəfindən 135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed