Şrift:
Təbrizin səhənd stadionunda bu şüarlar səsləndirildi – VİDEO
29.09.2018 [11:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubu 18-ci super liqa yarışları çərçivəsində Xuzistanın “İstiqlal” komandasını qəbul edib.

Sentyabrın 28-i yerli vaxtla saat 17:40-da başlayan görüşdə 40 mindən çox soydaşımız tamaşaçı qismində iştirak edib. Oyun 6:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə başa çatıb.

“Traxtur”-“İstiqlal” görüşü zamanı soydaşlarımız tərəfindən milli şüarlar səsləndirilib. Oyunun birinci dəqiqələrində “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarı verilib.



“Traxtur” tərəfdarları ana dilinin tədrisini nəzərdə tutan ölkə konstitusiyasının 15-ci maddəsinin icra olunmamasına da etiraz bildiriblər. Ana dilində təhsil tələb edən soydaşlarımız oyunun 15-ci dəqiqəsində gur səslə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarını səsləndiriblər.



Güney Azərbaycanda əsas ictimai tələblərdən biri ana dilində təhsil məsələsidir. Azərbaycana qarşı asimilasyon siyasəti aparan İran rejimi bu problemin həlli istiqamətində heç bir addım atmır, etirazlar isə getdikcə genişlənir... .
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed