Şrift:
Azərbaycan Təhsil Nazirliyi 2012-2013-cü tədris ili üçün doktorantura və dissertanturaya yekun qəbul planını açıqlayıb
16.07.2012 [16:34] - Gündəm, Bildiriş
Azərbaycan Təhsil Nazirliyi 2012-2013-cü tədris ili üçün doktoranturaya və dissertanturaya yekun qəbul planını açıqlayıb.
Nazirliyin elm şöbəsinin müdiri Gültəkin Hüseynova APA-ya açıqlamasında bildirib ki, bu il dövlət və qeyri-dövlət ali məktəblərində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya qəbul keçiriləcək. Bu il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 325 yer nəzərdə tutulub. Onlardan 186 yer əyanidir. Doktoranturaya ödənişli qəbul da nəzərdə tutulub. Ödənişli yerlərin sayı 77-dir.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 377 yer nəzərdə tutulub. Onlardan 288 yer dövlət büdcəsi hesabınadır, 89 yer ödənişlidir.
Elmlər doktoru proqramı üzrə doktoranturaya 85 plan yeri təklif edilib. Onlardan 28 yer əyanidir (istehsalatdan ayrılmaqla).
Elmlər doktoru proqramı üzrə dissertanturaya isə 89 plan yeri təklif olunub. Onlardan 3 yer ödənişlidir.
Bu xəbər oxucular tərəfindən 1124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed