Şrift:
Sofiyada QDİƏT-in Parlament Məclisinin komitə iclası keçiriləcək
01.10.2018 [10:04] - Siyasət
Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 51-ci iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, Milli Məclisin deputatı Jalə Əliyeva iclasda iştirak etmək üçün oktyabrın 1-dən 4-dək bu ölkədə səfərdə olacaq.

Komitə iclasının açılış mərasimində Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev, digər rəsmi şəxslər çıxış edəcəklər.

Gündəlik qəbul edildikdən sonra QDİƏT PM-in mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin bu ilin aprelində keçirilmiş 50-ci iclasının protokolu təsdiqlənəcək.

“QDİƏT regionunda turizmin inkişafının cari və gələcək perspektivləri” mövzusuna həsr olunmuş 51-ci iclasda, həmçinin məruzə və tövsiyələr dinləniləcək.

Deputat Jalə Əliyeva mövzu ətrafında diskussiyalarda çıxış edəcək.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed