Şrift:
“Həmsədrlər Dağlıq Qarabağdakı seperatçı rejimi leqallaşdırmaqla məşğuldurlar”
17.07.2012 [10:02] - Sosial
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfəri bir neçə gün bundan əvvəl yekunlaşsa da, səfərin yekunları hələ də müzakirə olunur. Azərbaycanın rəsmi dövlət agentliyi həmsədrlərin son bəyanatına münasibət bildirib. Göstərilib ki, bəyanatda Azərbaycanı razı salmayacaq bir sıra məqamlar var.

Öz açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da bəyanatda işlədilən bir sıra ifadələrin düzgün seçilmədiyini deyib.

Akif Nağı həmsədrlərin getdikcə daha çox hallarda “Dağlıq Qarabağ regionu” termini əvəzinə “Dağlıq Qarabağ” terminindən istifadə etdiyini deyib. QAT sədri qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsinin işlədilməsinə baxmayaraq, həmsədrlər buifadəni bilərəkdən diqqətdən qaçırdırlar.

Akif Nağı bəyanatda “Dağlıq Qarabağın özünüidarəetmə orqanlarının nümayəndələri ilə görüşüblər” ifadəsinin işlədildiyini söyləyib və bunun ilk olduğunu vurğulayıb:

“Bu o deməkdir ki, həmsədrlər Dağlıq Qarabağdakı seperatçı rejimi leqallaşdırmaqla məşğuldurlar. Bu şəkildə onlar ermənilərin siyasətini həyata keçirirlər”.

QAT sədri hesab edir ki, həm Azərbaycan hakimiyyəti, həm də cəmiyyəti son proseslərdən nəticə çıxarmalıdır:

“Beynəlxala təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün növbəti addımlarını atır. Həmsədrlərin son bəyanatına da başqa cür ad vermək mümkün deyil”.

Ömər Əmirov
Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed