Şrift:
Tibbi bankalardan hansı hallarda istifadə etmək olar?
08.10.2018 [11:19] - Sağlıq
El arasında soyuqdəyməyə qarşı istifadə olunan müalicə üsullarından biri də banka qoymaqdır. Lakin həkimlər və xalq təbabəti biliciləri bildirirlər ki, arterial təzyiq yüksək olanda, ürək xəstəlikləri və temperatur zamanı banka qoyulması əks təsir göstərə bilər. Kürəkdə səpgi və sızanaqlar çox olanda da banka qoyulması məsləhət görülmür.

Dermatoloqların fikrincə, el arasında təsirli vasitə hesab olunan banka qoymaq bəzi hallarda dərini zədələyə bilər.

Respublikamızın baş dermatonevroloqu Zülfüqar Fərəcov bu barədə deyib: “Bankadan başqa kürəyə yod sürtülməsindən də istifadə edilir. Bədənə yodun sürtülməsi iltihabi prosesə müsbət təsir edir, lakin onun dəri quruluğuna və dölə qarşı reaksiyası ola bilər. Dərinin qidalanmasını yaxşılaşdırmaq üçün dermatozlarda və bəzi soyuqdəymə hallarında bankalardan ümumi müalicə üsulu kimi yox, kompleks müalicənin bir forması kimi istifadə etmək olar”.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed