Şrift:
Ərdoğan: "Səudiyyə Ərəbistanı itkin düşən jurnalistin konsulluğu tərk etdiyini sübuta yetirməlidir"
09.10.2018 [10:58] - Gündəm, Hadisə
"Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğunun binasını tərk etdiyini sübuta yetirməlidir".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdəki (Macarıstan) mətbuat konfransı zamanı bildirib.
“Konsulluğun rəsmiləri, sadəcə, onun binanı tərk etdiyini deməklə məsələdən yan keçə bilməzlər. Əgər, doğrudan da, o çıxıb gedibsə, bunu şəkillərlə sübut etməlisiniz”, - o vurğulayıb.
Xatırladaq ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının tanınmış müxalif jurnalisti, “Washington Post”un müxbiri Camal Qaşıqçı ölkəsinin İstanbuldakı baş konsulluğuna girib və bir daha geri qayıtmayıb.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed