Şrift:
Təbriz, Qoşaçay və Əbhərdə mağaza sahibləri ağır iqtisadi vəziyyətə etiraz olaraq iş yerlərini bağlayıblar
09.10.2018 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın bir neçə şəhərində bazarın durğunluğu və ağır iqtisadi vəziyyətə etiraz bildirilib.

Məlumata görə, oktyabrın 8-də Darayi xiyabanında yerləşən Təbrizin “böyük bazar”ı bağlanıb. Yayılan şəkil və videolardan göründüyü kimi, mağalar fəaliyyətini dayandırdıqdan sonra Darayi xiyabanına çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub.

Mövzu ilə bağlı azərbaycanlı fəallardan biri Günaz TV-yə bildirib ki, Təbrizin “böyük bazar”ı etirazlara qoşulub, lakin buna baxmayaraq bəzi mağazalar açıqdır. Ümumilikdə Təbriz bazarı yarı-tətil vəziyyətdədir.

Məlumata görə, “böyük bazar”dan başqa Təbrizin bir neçə məntəqəsində mağazaların bağlı olduğu bildirilib. Məhəmmədi və Əmir Kəbir ticarət mərkəzləri, həmçinin qızıl bazarı da etirazlara qoşulub.

Aksiyalara qoşulan Azərbaycan şəhərlərindən biri də Qoşaçaydır. Aşağıdakı videoda göründüyü kimi bu şəhərin böyük bazarı və qızıl bazarı ağır iqtisadi vəziyyətə etiraz olaraq tətil edilib.



Bu videoda isə Əbhər şəhərində mağazaların bağlı olduğu görünür.




Valyuta qiymətinin tez-tez dəyişməsi, İran pulunun dəyərdən düşməsi, ölkənin ağır iqtisadi vəziyyəti və s. etirazların əsas səbəbidir.

Oxşar etirazlara İranın Tehran, İsfahan və Sənəndəc kimi bir çox şəhərində rast gəlinib.

N.S
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed