Şrift:
Bakı Uşaq Teatrı Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi “Günahsız Günahkarlar” tamaşasını 2 universitetdə 10-11 oktyabr tarixlərində nümayiş etdirəcək.
10.10.2018 [09:42] - Gündəm, Afişa
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.6.2-ci bəndinin icrası məqsədilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsində olan Bakı Uşaq Teatrı Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi “Günahsız Günahkarlar” tamaşasını 2 universitetdə 10-11 oktyabr tarixlərində nümayiş etdirəcək.
Əsərdə qlobal problem olan insan alverinə qarşı maariflənmə mübarizə forması kimi qabardılır.
Böyüklər üçün nəzərdə tutulan tamaşanın müddəti 1 saat 10 dəqiqədir.
Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed