Şrift:
Misirdə saat 23-dən sonra işləyən kafeləri cərimələmək təklifi irəli sürülüb
10.10.2018 [10:01] - Gündəm, Sosial
Misirli deputat Samir əl-Batıhi saat 23-dən sonra işləyən kafe və restoranların cərimələnməsinə dair qanun layihəsi təqdim edib.

“Egypt Independent” internet qəzeti xəbər verir ki, deputatın fikrincə, gecə saatlarında açıq olan yeməkxanalar misirlilərin iş vaxtı ümumi məhsuldarlığına mənfi təsir göstərir. Həmin yeməkxanalarda vaxt keçirən insanlar növbəti gün normal işləyə bilmirlər.

Samir əl-Batıhi qeyd edib ki, ölkədə işləyən vətəndaşların əməyinin səmərəliliyinə ciddi diqqət yetirilməli və müvafiq tədbirlər görülməlidir.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 13 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed