Şrift:
Yaponiyanın qərbində Santa Klausların sammiti keçirilib
10.10.2018 [10:05] - Gündəm, Sosial
Yaponiyanın qərbində yerləşən Saqa prefekturasında dünyanın hər yerindən gəlmiş Santa Klausların sammiti keçirilib.

NHK telekanalı xəbər verir ki, gündəliyin əsas məsələsi yeni il hədiyyələrinin çatdırılması vərdişlərinin təkmilləşdirilməsi olub.

“Santa Saga Summit 2018”də Qrenlandiya Beynəlxalq Santa Klauslar Assosiasiyasının 10-dan artıq nümayəndəsi iştirak edib. Onlar Ureşino şəhərində yerləşən və yapon ninzalarına həsr olunan turizm obyektinə baş çəkiblər. Burada ninzaların səs salmadan evə girmək vərdişləri ilə tanış olublar. Lakin iştirakçıların ölçüləri çox böyük olduğuna görə, onlar gizli qapının arxasına yerləşməyiblər.

Danimarkadan gələn Santa Klaus bildirib ki, onlar ninzalar kimi cəld hərəkət edə bilmirlər, güman ki, bu, əsas məsələ deyil. Ona görə ki, onlar adətən hədiyyələri tələsmədən paylamağa vərdiş ediblər.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed