Şrift:
Odina Əliyeva: Dünya çempionatında sonuncu oyunu qələbə ilə başa vurmağa çalışacağıq
10.10.2018 [10:05] - Gündəm, İdman
Bugünkü oyunda qalib gəlməyə çalışsaq da, çoxlu səhvə yol verdik. Dünya çempionatında sabah keçirəcəyimiz sonuncu oyunu qələbə ilə başa vurmağa çalışacağıq.

Bu fikri Türkiyə yığması ilə oyunu şərh edən Azərbaycan millisinin kapitanı Odina Əliyeva söyləyib.

Azərbaycan komandasının baş məşqçisinin köməkçisi Famil Ağayev də Türkiyə yığmasının çox yaxşı oyun göstərdiyini deyib: “Fikrimcə, biz də yaxşı oynadıq. Xüsusən birinci və üçüncü setləri qeyd etmək istərdim. Lakin qızlarımız çoxlu səhvə yol verdilər. Sabahkı oyuna daha yaxşı hazırlaşmalıyıq. Çünki bu, dünya çempionatında bizim sonuncu oyunumuz olacaq”.

Xatırladaq ki, oktyabrın 10-da Türkiyə komandası ilə qarşılaşan millimiz gərgin mübarizə nəticəsində 3:1 hesabı ilə məğlub olub.

Oktyabrın 11-də komandamız son oyunu Bolqarıstan millisinə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 5:40-da başlayacaq.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed