Şrift:
Rusiya alimləri Ayda radioteleskopun quraşdırılması konsepsiyası üzərində işləyirlər
10.10.2018 [10:20] - Xəbərlər, Mədəniyyət, Bildiriş
Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun əməkdaşları Ayda radioteleskopun yaradılması konsepsiyasını işləyib hazırlayırlar.

TASS informasiya agentliyi xəbər verir ki, bu məlumatı institutun direktoru Dmitri İvanov açıqlayıb. “Günəş sistemində insanın mənimsəmək istədiyi növbəti obyekt Aydır. Hazırda bütün kosmos ölkələri bu istiqamətdə fəal işləyir. Yerdə olduğu kimi, orada da naviqasiya lazım olacaq. Buna görə də bizim Ayda radioteleskop yerləşdirmək ideyamız var. Bu teleskop Yerdə yerləşdirilmiş radioastronomik rəsədxana ilə birlikdə kvazarları müşahidə edəcək. Biz konsepsiyanı hazırlayırıq. Bu, texniki baxımdan mümkündür”, - deyə Dmitri İvanov bildirib.

Onun sözlərinə görə, qalaktikadan kənar obyektlərdən siqnal almaq Yerin və onun yeganə təbii peykinin qarşılıqlı hərəkəti zamanı Ayın hərəkətinin trayektoriyası haqqında məlumatları dəqiqləşdirməyə imkan verəcək. Bu məlumat Ayın mənimsənilmsi ilə əlaqədar istənilən layihənin reallaşdırılmasında önəmli olacaq.

Dmitri İvanov institutun alimlərinin bu layihəni Rusiyanın növbəti kosmik proqramına daxil edilməsi təklifini irəli sürəcəklərini bildirib. O deyib: “Layihə təxminən 2030-cu ildə reallaşdırılacaq. Hazırda kosmik proqram 2025-ci ilədək formalaşdırılıb. Biz layihənin növbəti kosmik proqrama salınmasına çalışacağıq”.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed