Şrift:
Ərdoğandan Avropaya ultimatum - Səbrimiz bitmək üzrədir!
10.10.2018 [10:23] - Xəbərlər, Siyasət
"1963-cü ildən bəri Avropa İttifaqına girişi yubadılan bir Türkiyə var. İttifaqın heç bir ölkəsinə belə zülm edilməyib. Amma Türkiyəyə edildi.”

Türkyə prezidenti Rəcəb Tayyip Ərdoğan Macarıstana səfəri çərçivəsində bu ölkənin baş naziri Viktor Orban ilə görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında bu cür bəyanat səsləndirib.

"Nə "hə”, nə də "yox” deyirlər. Əgər bizi Avropa İttifaqına qəbul edəcəksinizsə siqnalları verin, etməyəcəksinizsə, bunu da deyin. Nə siz yorulun, nə biz. Siz yolunuza, biz də öz yolumuza davam edək. Səbirimiz bitmək üzrədir. Sonu xeyirli olsun deyirəm” - Ərdoğan vurğulayıb.

Orban isə öz növbəsində Macarıstanın Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəklədiyini vurğulayaraq bildirib ki, "Avropa İttifaqı dürüst davranmır. Türkiyənin İttifaqa üzvlüyünə dair bir neçə müzakirə fəsli açıq qalıb, amma bunlar bağlanmır. Avropada nə istədiyimizə dair qərar verməliyik.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed