Şrift:
Kiçik yaşlı məktəblidən böyük uğur
10.10.2018 [12:12] - Gündəm, İdman
Paytaxt məktəblisi idmanın kikboksinq növü üzrə Bakıda keçirilən beynəlxalq festivalda I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, bu qurumun tabeliyindəki 81 nömrəli tam orta məktəbin I sinif şagirdi Cavid Muradov 20 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, qızıl medal və sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, bu, məktəblinin ilk uğuru deyil. Ümumilikdə səkkiz yarışda iştirak edən istedadlı idmançı hər dəfə I yeri tutub.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed