Şrift:
Milli Məclisin deputatının hazırladığı məruzə AŞPA-da qəbul edilib
11.10.2018 [10:47] - Xəbərlər, Siyasət
Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Avropada miqrantların və diaspor icmalarının radikallaşması"na dair qətnamə qəbul edib.
Sənəddə quruma üzv dövlətlərə bu sahədə dövlət siyasətinin yürüdülməsinə, radikallaşmanın qarşısını almaq üçün dövlət strategiyasının işlənib hazırlanmasına dair tövsiyələr verilib.
Qətnamə 109 nəfər lehinə, 7 nəfər əleyhinə və 2 nəfər bitərəf olmaqla qəbul edilib.
Qeyd edək ki, sənəd Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova tərəfindən hazırlanıb.
Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed