Şrift:
Elçin Hüseynbəylinin Qarabağ mövzusunda növbəti kitabı
11.10.2018 [10:58] - Kitab evi
Tanınmış yazıçı Elçin Hüseynbəylinin “Qarabağ hekayələri” silsiləsindən növbəti kitabı “Gözünə gün düşür” adlanır. Kitab “Yeni poliqrafist” nəşriyyatında işıq üzü görüb.

Kitaba müəllifin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib. 333 səhifəlik kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.

“Gözünə gün düşür”ün geniş təqdimatı oktyabrın sonları, noyabrın əvvəllərinə planlaşdırılır. Kitab nəşriyyat və müəllif tərəfindən oxuculara hədiyyə ediləcək.

Qeyd edək ki, daim Qarabağ mövzusuna müraciət edən müəllifin ilk hekayəsi “Küləkli çöl” adlanır və 1989-cu ildə qələmə alınıb. Hekayə 1991-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunub. Son hekayəsi - “Sevgiylə döyüşmək” isə bu ilin aprelində çap edilib.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed