Şrift:
Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub
11.10.2018 [10:58] - Mədəniyyət
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, aşıq poeziyasının tanınmış siması Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub. Deyişməni “Aşıq Pəri Məclisi”nin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı və Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq sənətinin tədqiqatçısı Mahmud Əyyubluya Dəmirçi Süleymanın nəvəsi Qalib İsmayılov təqdim edib.

Tədqiqatçı Mahmud Əyyublu bildirib ki, aşığın külliyyatında yer almayan bu deyişmə yenidir. Azərbaycan xalq dastanlarının mahir ifaçısı Aşıq Şəmşirin əldə olunan deyişməsi Dəmirçi Süleymanladır. Deyişmə olduqca maraq kəsb edir. Əldə edilən yeni deyişmə geniş həcmli məqalə ilə tədqiqatçılar tərəfindən ictimaiyyətə təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed